İbtidai siniflərdə ingilis dili tədrisinə ayrılan dərs saatlarının artırılması təklif olunur. Bu, şagirdlərin ingilis dili biliklərinin gücləndirilməsinə hədəflənib. Amma, bu təklif hələ tətbiq olunmadan müzakirələrə səbəb olub.
Təhsil ekspertləri ingilis dili tədrisinə ayrılan dərs saatlarının artırılmasını doğru hesab etmir.
Xezerxeber.az xəbər verir ki, onların fikrincə, bu yolla şagirdlər ingilis dilini öyrənə bilməyəcək, əksinə dərs yükü artacaq və həm fiziki, həm də, psixoloji tükənəcəklər.
Təhsil eksperti Samirə Valeh isə bildirir ki, keyfiyyətli təhsil üçün tədris saatının artırılması ilə o halda razılaşmaq olar ki, metodika dəyişdirilsin, müəllimin hazırlıq səviyyəsi də artırılsın.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: