RU

Xaçmazda yol qəzasında 4 nəfər xəsarətALDI

Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Yaquboba kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, hərəkətdə olan “Toyota” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Hadisə zamanı xəsarət alan Bakı şəhər sakinləri, sürücü 1984-cü il təvəlludü Tərlan Həsənbəyov və onun oğlu 2014-cü il təvəllüdlü R.H, Xaçmaz rayon sakinləri 1962-ci il təvəllüdlü Xanlar Balacayev və onun həyat yoldaşı 1965-ci il təvəllüdlü Aynaxanım Balacayeva Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.

Onlara bədənin müxtəlif nayihələrinin çoxsaylı travması diaqnozu təyin olunub.

Hazırda xəsarət alan şəxslərin diaqnostik müayinəsi müvafiq tibb müəssisəsində davam etdirilir.

Избранный
0
5
redaktor.az

10Источники