AZ

Xaçmazda yol qəzasında 4 nəfər xəsarət alıb

Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Yaquboba kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
 
"Report"un Şimal bürosunun məlumatına görə, hərəkətdə olan “Toyota” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
 
Hadisə zamanı xəsarət alan Bakı şəhər sakinləri, sürücü 1984-cü il təvəlludü Tərlan Həsənbəyov və onun oğlu 2014-cü il təvəllüdlü R.H, Xaçmaz rayon sakinləri 1962-ci il təvəllüdlü Xanlar Balacayev və onun həyat yoldaşı 1965-ci il təvəllüdlü Aynaxanım Balacayeva Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.
 
Onlara bədənin müxtəlif nayihələrinin çoxsaylı travması diaqnozu təyin olunub.
 
Hazırda xəsarət alan şəxslərin diaqnostik müayinəsi müvafiq tibb müəssisəsində davam etdirilir.
Seçilən
0
5
moderator.az

10Mənbələr