RU

İranda daha bir zavodda GÜCLÜ YANĞIN

İranın Məşhəd şəhərində motosiklet zavodunda yanğın baş verib.

Publika.az xəbər verir ki, bu barədə "Al Alam" telekanalı məlumat yayıb.

Yanğınsöndürənlər artıq yanğını söndürməyə başlayıblar.

Təfərrüatlar açıqlanmır. Tələfat və dağıntıların miqyası barədə məlumat yoxdur, lakin binanın üzərində qalın qara tüstü buludları qalxır.

Bundan əvvəl İran bəyan edib ki, Bəndər Abbas limanında yanğının söndürülməsi 20 günə qədər çəkə bilər.

Избранный
0
3
publika.az

7Источники