Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İstanbulda hücuma məruz qalan CHP lideri Özgür Özəli telefonla zəng edərək ona “keçmiş olsun” diləklərini çatdırıb.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının kommunikasiyalar üzrə direktoru Fahrettin Altun sosial şəbəkə hesabında yazıb.
O, prezidentin hadisənin bütün detallarının araşdırılması üçün prosesi yaxından izlədiyini bildirib.
Xatırladaq ki, hadisə TBMM sədr müavini Sırrı Süreyya Öndərin anım mərasimindən sonra Atatürk Mədəniyyət Mərkəzində baş verib. Özgür Özel hadisədən sonra təhlükəsizlik qüvvələrinin müşayiəti ilə ərazidən uzaqlaşdırılıb.