RU

Ərdoğan hücuma məruz qalan Özgür Özələ zəng etdi

​BAKI, 4 may. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İstanbulda hücuma məruz qalan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özələ zəng edərək "keçmiş olsun" arzularını çatdırıb. O hadisənin bütün detalları ilə aydınlaşdırılması üçün prosesi yaxından izlədiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun sosial media hesabında paylaşım edib.

O qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, TBMM sədr müavini və DEM Partiyası İstanbul millət vəkili Sırrı Süreyya Öndər üçün Atatürk Mədəniyyət Mərkəzində (AKM) təşkil olunan anım mərasimindən sonra yumruqla hücuma məruz qalan CHP sədri Özgür Özələ zəng edərək keçmiş olsun arzularını ifadə edib.

Altun onu da əlavə edib ki, hücumla bağlı dərhal istintaq başladılıb və hadisəni törədən şəxs saxlanılıb. “Cənab Özələ qarşı bu hücumu qınayır, ona keçmiş olsun arzularımızı çatdırırıq”, – deyə o vurğulayıb.

Избранный
0
4
teleqraf.com

10Источники