RU

Milanda AİB-in İdarəçilər Şurasının 58-ci illik iclası başlayıb (FOTO)

Milan. Trend:

İtaliyanın Milan şəhərində Asiya İnkişaf Bankının (AİB)İdarəçilər Şurasının 58-ci illik iclası öz işinə başlayıb.

Trend xəbər verir ki, tədbir4-7 may tarixlərində "Allianz MiCo - Milano Convention Centre"konqres mərkəzində keçirilir.

Bu dəfəki görüşün mövzusu “Təcrübə mübadiləsi, sabahınqurulması” olaraq müəyyənləşdirilib. AİB-in illik görüşünə ilkdəfədir ki, İtaliya ev sahibliyi edir. Tədbirdə AİB-ə üzv ölkələrinmaliyyə nazirləri və mərkəzi bank rəhbərləri, beynəlxalqtəşkilatların, özəl sektorun, vətəndaş cəmiyyətinin və mediaqurumlarının nümayəndələri iştirak edirlər.

İlk gündə “Qloballaşma – davamlı inkişafın hərəkətverici qüvvəsikimi”, “AİB-in ədalətli keçid çərçivəsində risklərin təhlili”,“Hesabatlılıq sisteminin transformasiyası: yeni dövr üçün yolxəritəsi” mövzularında müzakirələr planlaşdırılıb.

Mayın 5-də İdarəçilər Şurasının iclasının rəsmi açılış mərasimikeçiriləcək və bununla da tədbirin rəsmi startı veriləcək. Həmingün həmçinin idarəçilərin iş sessiyası keçiriləcək. Sessiya zamanıAİB-in maliyyə hesabatları və illik hesabatı müzakirə və təsdiqolunacaq, qətnamələr qəbul ediləcək və iştirakçı ölkələrinbəyanatları səsləndiriləcək. Proqrama, həmçinin AİB-in seminarlarıvə İtaliyanın İqtisadiyyat və Maliyyə Nazirliyinin təşkil etdiyitədbirlər daxildir.

Mayın 6-da səhər saatlarında idarəçilərin plenar iclası, gününikinci yarısında isə “Asiya–Avropa əməkdaşlığı: gələcəkdayanıqlılıq naminə” mövzusunda seminar keçiriləcək. Bundan əlavə,proqramda seminarlar, vətəndaş cəmiyyəti tədbirləri və işgüzargörüşlər də nəzərdə tutulub.

Mayın 7-də son işgüzar görüşlər keçiriləcək. Tədbir 2026-cı ildəkeçiriləcək növbəti illik görüşə ev sahibliyi edəcək ölkənintəqdimatı ilə başa çatacaq.

Qeyd edək ki, AİB-in 57-ci illik iclası ötən ilin may ayındaGürcüstanın Tbilisi şəhərində keçirilmişdi.

AİB-in İdarəçilər Şurasının illik görüşləri bankın inzibati,maliyyə və əməliyyat fəaliyyətinin strateji istiqamətlərininmüəyyənləşdirilməsi üçün bir platforma rolunu oynayır. Bu görüşlər,həmçinin üzv ölkələrin AİB əməkdaşları, qeyri-hökumət təşkilatları,media, müşahidəçi ölkələr, beynəlxalq təşkilatlar, akademikdairələr və özəl sektor nümayəndələri ilə qarşılıqlı fikirmübadiləsi aparmaları üçün imkan yaradır.

Milanda
Milanda
Milanda
Избранный
0
2
az.trend.az

3Источники