RU

Pit Heqset Trampın Yaxın Şərq səfərindən əvvəl İsrailə səfər etməyi planlaşdırır

Bakı. Trend:

ABŞ müdafiə naziri Pit Heqset prezident Donald Trampın YaxınŞərq səfərindən əvvəl İsrailə səfər etməyi planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə "Axios" portalı İsrailrəsmiləri arasında olan mənbələrə istinadən xəbər verib.

Məlumata əsasən, P.Heqsetin mayın 12-də İsrailə gələcəyigözlənilir. Orada o, həmkarı İsrael Kats, eləcə də İsrailin başnaziri Benyamin Netanyahu ilə görüşlər keçirmək niyyətindədir.

Bundan sonra Pentaqon rəhbərinin Yaxın Şərq turunda DonaldTrampa qoşulacağı gözlənilir.

Избранный
0
4
az.trend.az

4Источники