"Barselona" Futbol Akademiyasının 12 yaşlı üzvü Adam Karual xariqələr yaradır.

Offsideplus.az xəbər verir ki, vunderkidin oyun tərzi, fint bacarığı görənləri təəccübləndirir. 

Azarkeşlər onu "yeni Lamin Yamal" adlandırırlar.

Əslən alman olan Adam Karual "Barselona"ya 2023-cü ilin iyulunda qoşulub. O vaxta qədər istedadlı hücumçu Münhenqladbax "Borussiya"sı və PSV-nin uşaq komandalarında olub.