RU

Sumqayıtda yük avtomobili piyadanı vuraraq öldürüb

Sumqayıtda yük avtomobilinin vurduğu piyada hadisə yerində ölüb.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 40-cı məhəlləsində qeydə alınıb.

1994-cü il təvəllüdlü Səxavət İbrahimovun idarə etdiyi “İsuzu” markalı avtomobil yolu keçən piyadanı (şəxsiyyəti dəqiqləşdirilir - red) vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Избранный
0
14
demokrat.az

10Источники