RU

Gəncədə ailə münaqişəsi bıçaqlanma ilə nəticələndi

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Hakimiyyet.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

1977-ci il təvəllüdlü A.Yusifov əl nahiyəsindən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Həkimlərin verdiyi məlumata əsasən, onun vəziyyəti orta-ağır qiymətləndirilir.

İlkin məlumata görə, A.Yusifov ailə münaqişəsi zəminində qudası ilə mübahisə edərkən bıçaq xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.

Избранный
0
10
hakimiyyet.az

10Источники