RU

Zelenski ABŞ-ı Rada deputatları üçün vizaları ləğv etməyə ÇAĞIRDI

“Amerika Birləşmiş Ştatlarının rəhbərliyi mineral ehtiyatlar üzrə ABŞ-la sazişin ratifikasiyasına səs verməyən Ali Rada üzvləri üçün vizaları ləğv etməlidir”.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski çağırış edib.

“Bu gün onlar təkcə gələcəyə deyil, həm də bu gün bizə lazım olanı müdafiə üçün səs verirlər.

Ali Radada bunu etməməkdə qərarlı olan insanlar var. Məsələn, hesab edirəm ki, ABŞ onların vizalarını ləğv etməlidir”, - Zelenski deyib.

Ukrayna lideri bəzi deputatların ABŞ-yə gələrkən Ukraynada vəziyyətin necə pis olduğundan şikayət etməsindən və hərbi münaqişəni necə tez bitirmək barədə danışmasından da narazılığını bildirib.

Onun sözlərinə görə, həmin deputatlar özlərini ABŞ-ın dostu kimi təqdim edir, sonra da Vaşinqton üçün vacib olan qərarın əleyhinə çıxış edirlər: "Nəticə məlumat lövhəsində əks olunacaq: Kim səs verdi, kim səs vermədi. Siz ikiqat oyun oynaya bilməzsiniz”.
.
Qeyd edək ki, Radaya mineral ehtiyatlara dair ABŞ-la sazişin ratifikasiyası haqqında qanun layihəsi təqdim edilib. Müqavilənin mətni də parlamentə təqdim olunub. Öz növbəsində Radanın deputatı Yaroslav Jeleznyak bildirib ki, ratifikasiya səsverməsinin mayın 8-də keçirilməsi planlaşdırılır.

Bizim.Media

Избранный
0
bizim.media

1Источники