RU

Xətaidə elektrik enerjisinin verilişi nə vaxt bərpa olunacaq?

Bakının Xətai rayonunda elektrik enerjisinin təchizatında yaranan fasilə hissə-hissə bərpa olunur.

Sitat.info xəbər verir ki, bu barədə Azərişıq ASC-dən məlumat verilib.

Bildirilib ki, Xətai rayonunda “Radiozavod” adlanan ərazidə yeraltı kabel xətlərində zədələnmə var:

“Buna görə də bir neçə küçədə işığın verilişində fasilə yaranıb. Problem hissə-hissə həll olunur”.

Qurumdan həmçinin qeyd edilib ki, hazırda elektrik enerjisinin təchizatında fasilə yaranan 6-7 bina qalıb ki, onlar da yaxın yarım saat ərzində işıqla təmin ediləcək.

Избранный
0
20
sitat.info

10Источники