AZ

Xətai rayonunda enerji təchizatında yaranan fasilə hissə-hissə bərpa olunur

Bakının Xətai rayonunda elektrik enerjisinin təchizatında yaranan fasilə hissə-hissə bərpa olunur.
 
Bu barədə Moderator.az-a "Azərişıq" ASC-dən məlumat verilib.
 
Bildirilib ki, Xətai rayonunda “Radiozavod” adlanan ərazidə yeraltı kabel xətlərində zədələnmə var: “Buna görə də bir neçə küçədə işığın verilişində fasilə yaranıb. Problem hissə-hissə həll olunur”.
 
Qurumdan həmçinin qeyd edilib ki, hazırda elektrik enerjisinin təchizatında fasilə yaranan 6-7 bina qalıb ki, onlar da yaxın yarım saat ərzində işıqla təmin ediləcək.
 
Seçilən
0
20
moderator.az

10Mənbələr