Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva ailə üzvləri ilə birlikdə Naxçıvan Muxtar Respublikasına səfər ediblər.
Mia.az xəbər verir ki, səfər çərçivəsində Naxçıvanın zəngin tarixi-mədəni irsi, unikal memarlıq abidələri, sosial-tibbi reabilitasiya müəssisələri və təbii gözəllikləri ilə yaxından tanışlıq olub.