RU

"Liverpul" çempionluğu layiqincə qazanıb"

"Arsenal"ın baş məşqçisi Mikel Arteta "Liverpul"un Premyer Liqanın erkən çempionluğunu şərh edib.

90deqiqe.Az xəbər verir ki, mütəxəssis bu barədə jurnalistlərə açıqlama verib.

"Fürsətdən istifadə edərək, "Liverpul"u çempionluq münasibəti ilə təbrik etmək istərdim. Onların komandası sabitlik nümayiş etdirdi və titula layiqdi."

İngiltərə Premyer Liqasının 34-cü turunun matçında "Liverpul" "Tottenhem"i darmadağın edib (5:1) bu, vaxtından əvvəl çempionatın qızıl medallarını qazanmağa imkan verib.

Ümumilikdə, “Liverpul” cari Premyer Liqada 34 oyunda 82 xala malikdir. “Arsenal” eyni sayda oyundan 67 xalla ikinci yerdədir.

Избранный
0
90deqiqe.az

1Источники