Azərbaycan idmançısı Akif Quluzadə “ONE Championship”in aylıq döyüş seriyası olan “ONE Fight Night” turnirində rinqə çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, o, bu gecə flayveyt (uçan çəki) kateqoriyasında ABŞ idmançısı Şon Klimakoya qalib gəlib.
Bununla da 19 yaşlı döyüşçümüz “ONE Fight Night”da 4-cü qələbəsini qazanıb və peşəkar rekordunu 19-2-yə çatdırıb.