RU

Gürcüstan DTX “İslam Dövləti” terror təşkilatının bir üzvünü saxlayıb

Tbilisi, 2 may, AZƏRTAC

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşlarının həyata keçirdikləri antiterror əməliyyatı nəticəsində Rustavi şəhərində İnterpol xətti ilə axtarışda olan xarici ölkə vətəndaşı saxlanılıb.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Gürcüstan DTX məlumat yayıb.

Bildirilir ki, araşdırma zamanı saxlanılan şəxsin 2014-cü ildə Yaxın Şərqə getdiyi və “İslam Dövləti” terror təşkilatının sıralarına qoşulduğu müəyyən edilib. Saxlanılan şəxs döyüş əməliyyatlarında təcrübəyə malikdir və partlayıcı qurğular üzrə yüksək səviyyəli mütəxəssisdir.

"Sözügedən şəxs terror təşkilatında xüsusilə mühüm fəaliyyətə görə məsuliyyət daşıyırdı. Axtarış nəticəsində şübhəlinin evindən müxtəlif dəlillər və elektron məlumat daşıyıcıları götürülüb. Terrorla Mübarizə Mərkəzi işi müvafiq kvalifikasiya üzrə davam etdirir", - deyə DTX-nin bəyanatında deyilir.

 
Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Избранный
0
1
azertag.az

3Источники