RU

Məşhur amerikalı müğənni faciəli şəkildə öldü

Amerikalı müğənni və bəstəkar Cil Sobule 67 yaşında yanğında dünyasını dəyişib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə sənətçinin meneceri Con Porter məlumat verib.

Sobulenin meyiti mayın 1-də Minnesota ştatının (ABŞ) Vudberi şəhərindəki evində tapılıb.

Səlahiyyətlilər yanğının səbəblərini araşdırır.

Избранный
0
qafqazinfo.az

1Источники