RU

Ermənistanda külli miqdarda rüşvət almaqda şübhəli bilinən vergi müfəttişi saxlanılıb

Ermənistan Dövlət Gəlirlər Komitəsinin (DGK) məmuru xüsusilə böyük məbləğdə rüşvət almaqda şübhəli bilinərək cinayət işi çərçivəsində saxlanılıb.
Bu barədə "Sputnik-Armeniya”ya Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən məlumat verilib.

Qurumun məlumatına görə, iş üzrə iki vətəndaş saxlanılıb. Onlardan biri DGK-nın vergi yoxlamaları üzrə müfəttişidir. İddia olunur ki, o, yoxlama zamanı aşkar edilmiş pozuntunu gizlətmək üçün 4 milyon dram (təxminən 10 min dollar) məbləğində rüşvət alıb.
 
 

Избранный
0
3
7news.az

4Источники