Bu sözləri Demokrat.az-a açıqlamasında hərbi məsələlər üzrə ekspert Rövşən Məhərrəmov deyib.
O bildirib ki, hərbçilər mütəxəssis kimi ehtiyata buraxılırlar:
"Hər hansı təlimlər keçirildikdə onların cəlb edilməsi, müasir texnikalar alınan zaman mütəxəssislərə həmin texnikanın öyrədilməsi ilə bağlı çağırış edilən zaman hərbçilərin tapılması üçün bu qanun vacib məsələdir. Bununla həm çağırışçıların xidmətdən yayınmasının qarşısı alınacaq, həm də ehtiyatda olanların yenidən vaxtında və dəqiq şəkildə cəlb edilməsi məsələsi həll olunacaq. Qanunu tətbiq etməkdə gecikmişik. Çünki çox sayda çağırışçılar var ki, xidmətdən yayına biliblər. Digər yandan hərbi komissarlıqlarda hər hansı neqativ hala yol vermək də çətinləşəcək. Qeydiyyat məsələləri həll olunduqdan sonra xidmətdən yayınma halları baş verdikdə səfərbərlik və hərbi çağırış üzrə şöbələr məsuliyyət daşıyacaq. Qanun səfərbərlik və hərbi çağırış üzrə xidmətin, çağırışçıların və ehtiyatda olan qulluqçuların məsuliyyətini artıracaq".
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə ölkənin çağırış və səfərbərlik resursunun dürüstləşdirilməsi istiqamətində aparılan islahatlar çərçivəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin "Hərbi uçot, hərbi qeydiyyat və səfərbərlik qaydaları əleyhinə olan inzibati xətalar" fəslində 2025-ci il 7 mart tarixli Azərbaycan Respublikası 152-VIIQD nömrəli Qanunu ilə dəyişiklər edilib.
Əfsanə Kamal
Demokrat.az