RU

Xəzər sahillərində 80-dən çox ölmüş suiti tapılıb

Qazaxıstanın Mangistau vilayətinin Tupkaraqan rayonunda Xəzər dənizinin sahilinə vurmuş 88 suiti cəsədi tapılıb.

Aznews.az xəbər verir ki, bu barədə bu gün Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq Komitəsi məlumat yayıb.

Məlumata görə, suiti cəmdəkləri aprelin 29-da sahilyanı monitorinqlər zamanı aşkar edilib. “Qırmızı kitab”a daxil edilmiş heyvanların tələf olması faktı ibtidai araşdırmaların vahid reyestrində qeydə alınıb.

“Qazaxıstan Hidrometeorologiya Xidmətinin məlumatına görə, ötən müddət ərzində regionun akvatoriyasında qərb küləyi üstünlük təşkil edib ki, bu da suitilərin cəsədlərini sahilə çıxarıb. Hidrobiologiya və Ekologiya İnstitutundan verilən məlumata görə, heyvanların cəmdəkləri çürümə prosesinin ağır mərhələsindədir”, - Komitənin məlumatında deyilir.

Избранный
0
9
aznews.az

10Источники