Minifutbol üzrə Azərbaycan yığması Slovakiyada keçirilən Millətlər Liqasında final oyununa çıxıb.
90deqiqe.Az-ın məlumatına görə, Elşad Quliyevin rəhbərlik etdiyi komanda həlledici görüşdə ev sahibi kollektiv ilə qarşılaşıb.
Görüşün əsas vaxtı heç-heçə ilə (2:2) yekunlaşdığı üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada dəqiq olan Slovakiya Millətlər Liqasının qalibi olub - 3:1.
Millimiz isə turniri ikinci pillədə başa vurub.
Qeyd edək ki, yığma ötən gün qrupda Slovakiyaya uduzub (2:3), Ukrayna ilə heç-heçə edib - 2:2. Azərbaycan millisi yarımfinalda Belçikanı 2:0 hesabı ilə üstələyib.