ABŞ dövlət katibi Marko Rubio Avropa ölkələrinin Ukrayna müharibəsinin başa çatdırılması üçün səylərini artırmalı olduğunu deyib.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
"Rubio açıq şəkildə bildirib ki, təkcə bəyanatlarla kifayətlənmək olmaz – Avropa bu müharibəyə son qoymaq üçün real resurslar və siyasi iradə ortaya qoymalıdır", – deyə Dövlət Departamentinin açıqlamasında qeyd olunub.