Olaylar xəbər verir ki, müvafiq fərman ölkə başçısının saytında dərc edilib.
Sənəddə onun bütün dövlət mükafatlarından məhrum edildiyi, aktivlərinin dondurulması, ticarət əməliyyatları aparmasının qadağan edilməsi qeyd olunur. Arestoviç 2023-cü ilin yanvarında Ukraynanın hava hücumundan müdafiə sistemlərinin səriştəsiz fəaliyyəti nəticəsində Dneprdə çoxmərtəbəli binanın uçması barədə bəyanatından sonra Ukrayna prezident aparatının müşaviri vəzifəsindən istefa verib. O vaxtdan bəri o, dəfələrlə ölkə rəhbərliyini tənqid edib. Həmçinin, 2025-ci ilin martında Arestoviç Ukraynanın gələcəyi üçün Zelenskini vəzifədən uzaqlaşdırmağı məsləhət görüb. /APA
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31