Ukrayna öz mineral ehtiyatlarını ABŞ-a verməklə gələcək yardımlar üçün zəmin hazırlayacaq. Bununla bağlı Vaşinqton və Kiyev arasında ciddi anlaşılmazlıqlar var idi".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev deyib.
Politoloq bildirib ki, Tramp tərəfindən əvvəllər irəli sürülən sazişin şərtləri bir qədər yumşaldılıb:
"Bundan sonra Ukraynaya maddi dəstəyin verilməsi, eyni zamanda müharibə davam edərsə, silahlı dəstəyin verilməsi nəzərdə tutulub. ABŞ gələcəkdə Ukraynanın yenidən qurulmasında da ciddi maliyyə yardımı ayıracaq. Ukrayna öz istəyinə müəyyən qədər nail olub. Kiyevin sazişi imzalamaqdan başqa çarəsi də yox idi.
Çünki əsas müttəfiq rolunda ABŞ çıxış edirdi. ABŞ-ni əvəzləyəcək ikinci dövlət yoxdur. Bundan sonra Ukraynanın mineral ehtiyatlarının istismarına nə zaman başlayacağı və müharibə zamanı bunu necə edəcəyi haqqında ciddi suallar var. Müharibə zamanı bunu etməsi hələki mümkün görünmür. ABŞ bundan sonra bütün vasitələrlə çalışacaq ki, Rusiyaya təzyiq göstərərək, müharibəni dayandırsın".
Əfsanə Kamal
Demokrat.az