RU

"Təyyarədaşıyan manevr etdi - Amerikanın F/A-18E qırıcısı Qırmızı dənizə qərq oldu


Amerikanın F/A-18E Super Hornet döyüş təyyarəsi Qırmızı dənizdə əməliyyatda iştirak edərkən USS Harry S. Truman (CVN 75) təyyarədaşıyan gəmisindən dənizə düşərək itib. Bu barədə donanma komandanlığı məlumat yayıb. Hadisə aprelin 28-də təyyarə daşıyan gəminin anqar bölgəsində yedəyə alınarkən baş verib. Bildirilir ki, ekipaj təyyarəyə nəzarəti itirib, nəticədə qırıcı bortdan aşıb. Şəxsi heyət qaçmağa müvəffəq olub və hadisə nəticəsində yalnız bir dənizçi yüngül xəsarət alıb. Qırıcının ekipajının bütün üzvləri tapılıb. Super Hornetin itirilməsinə baxmayaraq, Harry S. Truman Carrier Strike Group və onun hava qanadı tam fəaliyyət göstərir.

Surxay Əliyev

Избранный
0
baki-xeber.com

1Источники