RU

Premyer Liqada ayın ən yaxşısı adına 5 namizəd

İngiltərə Premyer Liqasında aprel ayının ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb.

Msport.az xəbər verir ki, siyahıda 5 mütəxəssisin adı yer alıb. Bunlar “Aston Villa”dan Unay Emeri (5 matç, 4 qələbə, 1 məğlubiyyət), “Mançester Siti”dən Pep Qvardiola (5 matç, 4 qələbə, 1 heç-heçə), “Nyukasl”dan Eddi Hou (5 matç, 4 qələbə, 1 məğlubiyyət), “Vulverhempton”dan Vitor Pereyra (5 matç, 5 qələbə) və “Liverpul”dan Arne Slotdur (5 matç, 4 qələbə, 1 məğlubiyyət).

Mükafatın qalibi mayın 5-də azarkeşlərin və ekspertlərin səsverməsinin nəticələrinə əsasən müəyyənləşəcək.

Mart ayında Nunu Eşpiritu Santu (“Nottingem Forest”) ən yaxşı seçilmişdi.

Избранный
0
2
msport.az

3Источники