RU

Naxçıvanda güzəştli maliyyələşmə 6,5 dəfə artıb

2025-ci ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilən layihələrin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,8 dəfə,maliyyələşdirilmiş güzəştli kreditlərin məbləği isə 6,5 dəfə artıb.

Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin məlumatına görə, bunu nazir müavini, nazir vəzifəsini icra edən Abbas İsmayılov “Sahibkarlar günü"nə və 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunan “Konstitusiya və Suverenlik - Naxçıvanda sahibkarlığın inkişafı” mövzusunda keçirilən konfransda bildirib.

Nazir müavini qeyd edib ki, Fondun güzəştli vəsaitlərinin əhəmiyyətli hissəsi regionların inkişafına xidmət edən layihələrə yönəldilib. Bu layihələr hesabına 63 yeni iş yerinin açılması imkanı yaranıb. Maliyyələşdirilən güzəştli kreditlərin 12 faizi Naxçıvan şəhərinin, 88 faizi isə regionların payına düşüb.

Abbas İsmayılov bildirib ki, Fondun ehtiyatları hesabına sahibkarlıq subyektlərinə müəyyən edilmiş prioritet istiqamətlər üzrə 2025-ci il ərzində 25 milyon manatadək maliyyələşdirilmə hədəflənib.

Избранный
0
2
vergiler.az

3Источники