RU

İran və Azərbaycan universitetləri arasında tələbə mübadiləsi həyata keçiriləcək

İran və Azərbaycan universitetləri arasında tələbə mübadiləsi aparılacaq.
 
"Azad İran" "Telegram" kanalı xəbər verir ki, bu barədə Şərqi Azərbaycan əyalətinin başçısı Bəhram Sərməst açıqlama verib.
 
O qeyd edib ki, Azərbaycanda təhsil alan iranlı tələbələr üçün sərhəddən keçidin asanlaşdırılması, habelə İran və Azərbaycan universitetləri arasında tələbə mübadiləsi, birgə tədqiqat və texnoloji layihələrin həyata keçirilməsi Məsud Pezeşkianın Bakıya səfəri zamanı müzakirə edilən əməkdaşlıq istiqamətləri olub.
 
"Bu səfərdə önəmli məsələlərdən biri də iqtisadi və turizm əlaqələrinin inkişafına mühüm təsir göstərə biləcək Təbrizdən Bakıya və əks istiqamətdə birbaşa aviareysin açılması imkanlarının araşdırılması idi", - deyə B. Sərməst əlavə edib.
Избранный
0
moderator.az

1Источники