RU

Media: Pentaqon orduda PUA-ların sayını artırmağı planlaşdırır

Bakı, 1 may, AZƏRTAC

ABŞ ordusu pilotsuz uçuş aparatlarından istifadəni əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, “Wall Street Journal” qəzeti bu barədə mənbələrinə istinadla məlumat yayıb. Belə ki, ABŞ ordusu hər diviziyanı min ədəd PUA ilə təchiz edərək köhnəlmiş silahlardan qurtulmaq niyyətindədir. Bunun yaxın beş il ərzində Pentaqona 36 milyard dollara başa gələcəyi bildirilir.

Vaşinqton Ukraynadakı müharibənin nəticələrini araşdırdıqdan sonra bu qərara gəlib: PUA-lar döyüş meydanındakı vəziyyəti kökündən dəyişə bilər, çünki qiyməti çox ucuzdur, düşmən müdafiəsini yarır və onun arxa cəbhədəki mövqelərini asanlıqla aşkar edir.

ABŞ ordusu, eyni zamanda, mobil telefonlar və internetə qoşulan planşetlər vasitəsilə əsgərlər arasında əlaqənin yaxşılaşdırılması üzərində çalışır. Pentaqon, həmçinin PUA-lara qarşı müdafiə sistemlərinin inkişafına təxminən üç milyard dollar sərmayə yatırmağı planlaşdırır.

Избранный
0
azertag.az

1Источники