Bakı. Trend:
Beynəlxalq Valyuta Fondu (BVF) 2025-ci ilin aprel icmalındaAzərbaycanın 2031-ci ilə qədər neft və qaz ixracı ilə bağlıproqnozlarını təqdim edib.
Trend xəbər verirki, fondun proqnozlarına görə, 2025 və 2026-cı illərdəAzərbaycandan xam neftin ixracı günə 0,5 milyon barrel neftekvivalentində olacaq ki, bu göstərici 2023–2024-cü illərləeynidir. 2030-cu ilə qədər isə ixrac həcminin 0,4 milyon barreləqədər azalacağı gözlənilir. BVF-nin məlumatına əsasən, 2021 və2022-ci illərdə Azərbaycan gündəlik 0,6 milyon barrel neft ixracedib.
Təbii qaz ixracına gəldikdə isə, BVF 2025–2030-cu illər ərzindəixracın 2024-cü ildəki səviyyəyə uyğun olaraq günə 0,5 milyon neftekvivalentində barrel həcmində sabit qalacağını proqnozlaşdırır.2021–2023-cü illərdə isə Azərbaycanın qaz ixracı gündəlik 0,4milyon barrel təşkil edib.
Qeyd edək ki, maliyyə institutu, həmçinin, 2025–2030-cu illərdəAzərbaycanda xam neft hasilatının da sabit səviyyədə qalacağınıgözləyir: 2025 və 2026-cı illərdə gündəlik 0,6 milyon barrel,2030-cu ilə qədər isə bu göstəricinin 0,5 milyon barrelə enəcəyiproqnozlaşdırılır.
Ölkədə təbii qaz hasilatının 2025–2030-cu illərdə günə 0,9milyon barrel neft ekvivalentində olacağı proqnozlaşdırılır.