Tibbi və ətirli bitki olan adaçayının yarpaqlarını qaynadıb çay kimi içmək və ya efir yağını əldə edib istifadə etmək olar.
News24.az adaçayının faydalarını təqdim edir:
- Depressiya və stressi azaldır
- Bədəndən zərərli toksinlərin çıxarılmasına kömək edir
- Beyin funksiyalarını yaxşılaşdırır
- Ağız və diş əti xəstəliklərinə yaxşı gəlir
- Dəri ləkələri və xəstəliklər üçün istifadə olunur
- Mədə və xolesterin xəstələri üçün rahatlaşdırıcı təsir göstərir
- Menopozdan sonrakı simptomları aradan qaldırır
- Həzm sistemini qoruyur və ishala yaxşı gəlir
- Həddindən artıq tərləməni azaldır.
ADAÇAYANI NECƏ DƏMLƏYİRLƏR?
Adaçayı adətən qaynadaraq hazırlansa da, əslində dəmlənərək hazırlanmalıdır. Beləliklə, qida dəyərləri daha yaxşı qorunur və daha sıx bir çay dadı əldə edilə bilər. Onu çox uzun müddət qaynar suda saxlamaq həm bitkinin faydalı təsirini itirməsinə səbəb olur, həm də çayın dadını acı verə bilər. Adaçayının 2 dəqiqədən çox qaynadılmasının zəhərli komponentləri buraxması və çayı zərərli hala gətirməsi təklif edilir. Təxminən 2 qram adaçayıNa 200-250 ml qaynar su əlavə edilir və 10 dəqiqə dəmlənir. Yarpaqları süzülür və stəkanda süfrəyə verilir.
KİMLƏRƏ OLMAZ?
Bəzi yan təsirlər adaçayı çayının həddindən artıq istehlakında görünə bilər. Salvia cinsinə aid bitkilərə qarşı allergiyası olan şəxslər tərəfindən adaçayı içilməsi allergik reaksiyalara səbəb ola bilər. Adaçayının ürəkbulanma kimi həzm sistemi xəstəlikləri üçün faydalı ola biləcəyi bilinsə də, çox içmək mədədə yanma hissi və ağrıya səbəb ola bilər. Yan təsirləri insandan insana fərqli olsa da, gündə 3 stəkan adaçayı çayı içmək təhlükəsiz sayılır və gündə 3 stəkandan çox içməmək tövsiyə olunur.
Çox aşağı təzyiqi olanlara, dərman qəbul edənlərə və şəkərli diabet xəstələrinə adaçayı çayı tövsiyə edilmir.
Günel Məlikzadə