RU

Basketbolçularımız Ankarada Avropa çempionatının hazırlığına başlayıb

Azərbaycanın 16 və 18 yaşadək qızlardan ibarət basketbol milliləri Türkiyənin paytaxtı Ankarada təlim-məşq toplanışının ilk mərhələsinə start veriblər.

İdman.biz xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi komandalar hazırlıqda taktiki, texniki və fiziki çalışmalarla yanaşı, bir sıra yoxlama oyunları da keçirəcəklər.

Toplanışa mayın 9-da yekun vurulacaq.

Qeyd edək ki, təlim-məşq prosesinin ilk mərhələsində əsas məqsəd iyul və avqustunda baş tutacaq Avropa çempionatı B divizionunun oyunlarına hazırlıqdır.

İdman.biz

Избранный
0
idman.biz

1Источники