Nepalda polis əməkdaşları ölkə vətəndaşlarını Rusiya ordusunun tərkibində Ukraynadakı müharibədə iştirak etmək üçün cəlb etməkdə şübhəli bilinən 2 yerli sakini saxlayıb.
Modern.az xəbər verir ki, bu barədə “Reuters” paytaxt Katmandu polis rəisi Bhupendra Xatriyə istinadən məlumat yayıb.
Müstəntiqlərin fikrincə, "işəgötürənlər" əsasən BƏƏ vasitəsilə Rusiyaya turist vizası və səyahət üçün işsiz gənclərdən 9 min dollara qədər pul götürüblər.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.