Çin pis hava şəraiti ilə əlaqədar Qazaxıstandan yüklərin qəbulunu dayandırıb.
Modern.az "Kazinform"a istinadən xəbər verir ki, bu barədə "Qazaqstan Temir Jolu" QSC-dən (Qazaxıstan Dəmir Yolu) məlumat verilib.
Qeyd olunub ki, Çin taxıldaşıyanları, taxıl yükü və üyütmə məhsulları olan vaqonları, bitki yağları olan çənləri qəbul etmir. Alaşankou stansiyasında terminalın fəaliyyəti dayandırılıb.
Dekabrın 12-dən 13-nə keçən gecə qatar mübadiləsi 5 dəfə azalıb. Belə ki, qatarların sayı 15-dən 3-ə düşüb.