RU

Zavod direktoru: "Kartaş Kimya"da yaxın müddətdə işçilərin sayı 200 nəfərə çatdırılacaq. fəaliyyət göstərəcək

Yaxın vaxtlarda bu müəssisədə 200 nəfərədək işçi fəaliyyət göstərəcək.

"Report" xəbər verir ki, bunu "Kartaş Kimya" MMC-nin direktoru Necəddin Taşbak Sumqayıt Texnologiya Parkına Prezidentin izi ilə təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, müəssisə, hazırkı istehsal gücümüzün artırılması və yeni məhsulların istehsalı üçün qurulub:

"Ümumi investisiya dəyəri 25 milyon manat təşkil edir. Burada 9,1 MİN kvadratmetr ümumi tikinti sahəsi var. 7 istehsal xətti fəaliyyət göstərəcək. İstehsal sahəsinə quru qarışıqlar, beton əlavələri və su izolyasiya materialları daxildir. Poliüretan və poliüre əsaslı su izolyasiya məhsulları, eləcə də epoksid əsaslı döşəmə örtükləri burada istehsal olunacaq. Əvvəllər istehsal etdiyimiz quru qarışıqların istehsalı da bu müəssisəyə köçürüləcək.

Mühəndislik və istehsalat sahələrində təxminən 250 nəfərə qədər işçi çalışacaq. Yaxın vaxtlarda bu müəssisədə 200 nəfərədək işçi fəaliyyət göstərəcək. Hal-hazırda artıq 100-dən çox əməkdaş burada işləyir".

Избранный
0
report.az

1Источники