RU

Tramp resurs müqaviləsindən 350 milyarddan çox qazanacağına ümid edir

ABŞ prezidenti Donald Tramp Ukrayna ilə faydalı qazıntıların hasilatı ilə bağlı sazişin imzalanmasını şərh edərkən bildirib ki, o, sövdələşmədən əvvəlki Amerika administrasiyasının Kiyevi dəstəkləmək üçün xərclədiyi 350 milyard dollardan daha çox pul qazanacağına ümid edir...

Poliqon xəbər verir ki, ABŞ prezidenti bu barədə “News Nation” nəşrinə danışıb.

“Biz nəzəri olaraq 350 milyard dollardan çox qazanacağımız bir müqavilə bağladıq”, deyə Tramp bildirib.

Tramp əlavə edib ki, sövdələşmə “Baydenin onun adminstrasiyasına yüklədiyi” 350 milyard dolların geri qaytarılmasını nəzərdə tutur.

ABŞ prezidenti Vatikanda Vladimir Zelenski ilə söhbətinin məzmunu ilə bağlı suala belə cavab verib: “Mən ona dedim ki, biz razılaşa bilsək, çox yaxşı olar və siz onu imzalayırsınız”.

Amerika lideri “ABŞ-nin Ukraynada olması Rusiyanın regionda irəliləməsinə mane ola bilərmi”, sualına da müsbət cavab verib.

Öz növbəsində Bloomberg mənbələrə istinadən xəbər verib ki, saziş ABŞ-yə Ukraynadakı təbii ehtiyatlarla bağlı layihələrə imtiyazlı çıxış imkanı verəcək. Buraya başqa faydalı qazıntılar arasında neft, qaz, qrafit və alüminium daxildir.

Poliqon.info

Избранный
0
1
poliqon.info

2Источники