RU

Rudiger 6, Vaskes 2 oyunluq cəzalandırıldı

“Real”ın müdafiəçisi Antonio Rudiger cəzalandırılıb.

Msport.az xəbər verir ki, buna səbəb Almaniya millisinin üzvünün İspaniya Kubokunun finalında “Barselona” ilə oyunda qeyri-idman davranışına yol verməsi olub.

İspaniya Kral Futbol Federasiyası (RFEF) buna görə ulduz futbolçunu 6 matçlıq diskvalifikasiya edib. Rudiger qarşılaşmanın son dəqiqələrində ehtiyat oyunçular skamyasından hakimə buz atıb və qırmızı vərəqə alıb.

“Real”ın yarımmüdafiəçisi Cud Bellinqem və müdafiəçisi Lukas Vaskes də qırmızı vərəqə almışdı. Federasiya birinci ilə bağlı qərarı ləğv edibsə, Vaskesə 2 oyunluq cəza kəsib.

Qeyd edək ki, “Real” finalda “Barselona”ya 2:3 hesabı ilə məğlub olub.

Избранный
2
msport.az

1Источники