Avstraliyanın Tasmaniya adasında yerləşən Hobart şəhərindən 1391 km cənubda Sakit Okeanda 6,5 bal gücündə zəlzələ baş verib.
Publika.az xəbər verir ki, bu barədə “İnterfaks” Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsinə istinadla məlumat yayıb.
Qeyd edilib ki, episentrdə zəlzələnin intensivliyinə əsasən, zəlzələ “dağıdıcı” kimi qiymətləndirilir.
Çərşənbə axşamı, aprelin 29-da, Bakı vaxtı ilə saat 18:54-də qeydə alınan zəlzələnin episentri Makquarie adasından ( Avstraliya , Tasmaniya) təxminən 234 km şərqdə yerləşib.