Madrid "Real"ının müdafiə xətti tamamilə çöküb.

Offsideplus.az xəbər verir ki, komandanın 6 müdafiəçisi zədədən əziyyət çəkir.

Belə ki, Dani Karvaxal, Eder Militao və Eduardo Kamavinqanın zədə səbəbindən son oyunları buraxıblar. Onların sırasına dünən birdən-birə əsas heyətin daha 3 üzvü qatılıb.

Aprelin 26-da "Barselona"ya qarşı İspaniya Kral Kubokunun finalında keçirilmiş matç (2:3) zamanı Antonio Rüdiger və Ferlan Mendinin zədələnib.

Rüdiger yaxın günlərdə əməliyyat olunacaq. Mendinin sağalması üçün isə 3 ay vaxt tələb olunur.

Üstəlik "kral klubu"nun dünənki məşqi zamanı David Alaba diz nahiyəsindən zədə alıb. Avstriyalı müdafiəçi zədə səbəbindən "Real"da 1 illik fasilədən vermişdi. Qayıdışı uğursuz olan Alaba üçün cari mövsüm başa çatmış sayılır.

"Real"ın məşqçilər korpusu "zədə epidemiyası"nın qarşısında çıxılmaz vəziyyətdə qalıb. Komamdanın növbəti oyununda mərkəz müdafiəçisi mövqeyində təcrübəsiz Xakobo Ramonu görmək mümkün olacaq.

"Real" akademiyasının yetirnəsi olan 20 yaşlı futbolçu bu mövsüm əsas komandada cəmi 2 matçda forma geyinib. O, Çempionlar Liqasında "Zalsburq"a (12 dəqiqə) və İspaniya Kral Kubokunun 1/4 finalında "Leqanes"ə qarşı (90 dəqiqə) oynayıb. Mayın 11-də keçiriləcək "El-Klassiko"da da arxa xətdə məhz Ramonun yer alacağı gözlənilir.