RU

Arteta: "PSJ ilə qarşıdurmanın yalnız ilk yarısı geridə qaldı"

"Arsenal"ın baş məşqçisi Mikel Arteta PSJ ilə keçirilən oyun haqda danışıb.

"Arsenal" Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda PSJ-yə 0-1 hesabı ilə məğlub olub.

Operativ Media xəbər verir ki, "Arsenal"ın baş məşqçisi Mikel Arteta parislilərin hücumda daha effektiv oynadıqlarını qeyd edib.

"Bununla belə, oyunun müəyyən anında vurulan qoldan başqa heç nə baş vermədi. Bu səviyyədir. Ondan sonra komandanın daha yaxşı və diqqətli oynadığını düşünürəm. Yeganə məyusedici odur ki, heç-heçəyə nail ola bilmədik. Qarşıdurmanın yalnız birinci yarısı geridə qalıb. Əhval-ruhiyyə "Real Madrid"lə ev oyunundan əvvəl olduğu kimi qalır. Parisdə qalib gəlməliyik. Biz bunu edə bilərik. Bu gün iki çox yaxşı komanda gördüm. Hər şeyi xırda şeylər həll edirdi. Onlar hücumda daha effektiv oynadılar, üstəlik, onların qapıçısı da çox yaxşı oynadı”, – deyə Arteta bildirib.

Cavab oyunu mayın 7-də Fransada keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Избранный
2
operativmedia.az

1Источники