RU

Bakıda həmcinsini aldadıb pullarını alan qadın saxlanılıb

Bakının Qaradağ rayonu ərazisində bir qadının iki naməlum şəxs tərəfindən aldadılaraq 450 manat dəyərində qızıl-zinət əşyasının ələ keçirilməsi barədə polisə müraciət daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az saytına verilən xəbərə görə, Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 35 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.

Digər şəxsin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Избранный
1
Shafaqadogru.com

1Источники