RU

"Arsenal" "Real"ın istədiyi futbolçu ilə müqavilə imzalamağı planlaşdırır

"Arsenal" "Real"la (Madrid) rəqabətə baxmayaraq, bu yay "Real Sosyedad" və İspaniya millisinin yarımmüdafiəçisi Martin Zubimendi ilə müqavilə bağlayacağına əmindir.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, "topçular" 51 milyon funt-sterlinqə (təxminən 60,2 milyon avro) oyunçunun satın alma opsiyasını aktivləşdiriblər.

Xatırladaq ki, Zubimendi “Real Sosyedad”ın yetirməsidir.

Onun klubla müqaviləsi 2027-ci ilin iyununa qədərdir. Bu mövsüm 26 yaşlı müdafiəçi yarımmüdafiəçi bütün turnirlərdə 43 oyun keçirib, 2 qol vurub, 2 məhsuldar ötürmə edib, həmçinin 10 sarı vərəqə alıb.

saytlarin hazirlanmasi

Избранный
2
sportal.az

1Источники