RU

Nail Abdullayev: "Azərbaycanda qazlaşma səviyyəsi 97 %-ə çatıb"

Azərbaycanda qazlaşma səviyyəsi artıq 97 %-ə çatıb.

“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun birinci müavini Nail Abdullayev “Kommunal infrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən “Milli Biznesin İnkişafı Forumu”nda çıxışı zamanı bildirib.

N. Abdullayevin sözlərinə görə, “Azəriqaz” hazırda ölkə üzrə 11 regional idarə ilə fəaliyyət göstərir və qurumun illik qaz qəbul və satış həcmi 8,4 milyard kubmetrə çatır:

“Azəriqaz”ın 10 700-dən çox əməkdaşı var və 73 min kilometrdən artıq yeraltı və yerüstü qaz kəmərləri istismar edirr. Hazırda 2,6 milyondan çox abunəçiyə xidmət göstəririk”.

O əlavə edib ki, “Azəriqaz”ın əsas məqsədi etibarlı və dayanıqlı əməliyyat bazası yaratmaq, innovativ qaz həlləri təqdim edərək müştərilər, cəmiyyət və ətraf mühit üçün daha yaxşı gələcək formalaşdırmaqdır.

Избранный
1
1
report.az

2Источники