© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
E. Əliyev xatırladıb ki, Azərbaycanda elmlər doktoru elmi dərəcəsi almadan professor adını, professor adını almadan isə akademik olmaq mümkün deyil.
“Bizim model tamam fərqli modeldir. Bir riyaziyyatçı alim 27 yaşında elmlər doktoru olması barədə hər yerdə fəxrlə danışır. Sonra o, universitetlərin birinə rektor təyin olundu. Universiteti yaman günə qoydu. Bəli doktorluq dərəcəsi vəzifəyə can atmaq üçün əsas motivasiyadır. İndinin sualı budur: “Doktorluq müdafiə etdinmi?” Məzhəkədir! İndiki doktorluq dissertasiyalarının mövzuları magistr dərəcəsi almaq üçün yazılan dissertasiyalardan çox da fərqlənmir. Elmlər doktoru elmi dərəcəsindən öncə Ali Attestasiya Komissiyası ləğv olunmalıdır. Elmi dərəcələri (magistr və PhD) indiki Qərb modelinə uyğun olaraq universtetlər verməlidir”.