RU

14.224 fərdi yaşayış və bağ evinə çıxarış verilib

BAKI, 29 aprel. TELEQRAF

2025-ci ilin ilk rübü ərzində fərdi yaşayış və bağ evi üzərində 14.224, mənzil üzərində 19.200, torpaq sahəsi üzərində isə 49.386 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

Əmlak Məsələləri Dövlət Xidmətindən Teleqraf-a verilən məlumata əsasən, çoxmərtəbəli yaşayış binası üzrə 48, çoxillik əkmələr üzərində 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 20.746-sı Bakının, qalan hissəsi isə bölgələrin payına düşüb.

Bu ilin yanvar-mart ayları ərzində 60.412 texniki pasport tərtib edilib, 14.444 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Избранный
0
teleqraf.com

1Источники