RU

Ömrü qısaldan qidalar - bədəni məhv edir

Sağlam həyata atılan ən vacib addımlardan biri düzgün qidalanmadır. Sağlam olmayan və nizamsız qidalanma ümumi sağlamlığımıza mənfi təsir edən bir haldır. Həyat keyfiyyətini artırmaq üçün bəzi qidaların qidalanma rejiminə daxil edilməsi vacib olduğu kimi, bəzi qidaların istehlakı da həyat keyfiyyətini ciddi şəkildə azalda bilər.

Mütəxəssislərin təkidlə uzaq durulmasını tövsiyə etdiyi bu zərərli qidalar, demək olar ki, ömrü qısaldır. Sağlamlıqla bağlı tövsiyələr arasında yer alan və qidalanmanın əsas incəliklərindən sayılan bəzi xəbərdarlıqlara diqqət edərək daha sağlam bir həyata addım ata bilərsiniz.

News24.az mütəxəssislərin uzaq durmağı tövsiyə etdiyi o qidaları təqdim edir:

Çin duzu (Monosodyum glutamat – MSG):

Bulyonlar, cipslər və hazır şorbalar kimi qidalarda tez-tez rast gəlinən Çin duzu yeməklərin dadını artırmaq və yemək istəyini gücləndirmək üçün istifadə olunan kimyəvi maddədir. Lakin insan sağlamlığı baxımından çox risklidir. Xərçəng və piylənmə riskini artırdığına görə bu kimyəvidən uzaq durmaq tövsiyə olunur.

Fast food (Hazır yeməklər):

Hamburger, kartof qızartması, sosisli kimi hazır yeməklər yüksək yağ və duz tərkiblərinə görə həm xəstəliklərə, həm də artıq çəkiyə səbəb ola bilər. Emal olunmuş bu qidaların istehlakının azaldılması, hətta mümkün olduqca tamamilə kənarlaşdırılması ən sağlam yol hesab olunur.

Qazlı içkilər:

Yüksək miqdarda süni şəkər və turşu tərkibinə malik olan qazlı içkilər mədə problemlərinə və kökəlməyə səbəb ola bilər. Eyni zamanda, tərkibindəki turşular dişlərə ziyan vurur və dəri sağlamlığına da mənfi təsir edir. Bu içkilərin əvəzinə təzə sıxılmış meyvə şirələri içmək tövsiyə olunur.

Emal olunmuş ətlər:

Kolbasa, sosis kimi emal olunmuş ətlər yüksək miqdarda duz və doymuş yağ ehtiva edir. Eyni zamanda istiliklə işlənmiş və təkrar qızdırılan ətlərin istehlakı ətlərin faydalı tərkib hissələrini zədələyir. Bu cür məhsullar piylənmə, damar tıxanıqlığı və ürək xəstəliklərini artırdığı üçün tövsiyə edilmir.


Məryəm İlhamqızı

Избранный
3
7
news24.az

10Источники