Uzun müddətdi, zədə üzündən ''Qalatasaray''a yardım edə bilməyən və mövsümü hələ ötən ildən başa vuran Mauro İkardi son paylaşımı ilə diqqət çəkib.
''Football-plus.az'' xəbər verir ki, ünlü argentinalı forvard növbəti dəfə ''Fənərbaxça'' başqanı Əli Koça ilişib.
Məlum olduğu kimi bu günlərdə ''Fənərbaxça'' fanatları rəhbərliyə qarşı etiraz aksiyası keçirmişdilər. Onlar həmin aksiyada ''Əli Koç istefa'' pankartı açmışdılar.
İkardi öz ''instaqram'' səhifəsinin hekayə bölümündə buna dair xəbərdən bir görüntü paylaşıb. Təbii ki, həmin videoda ''Əli Koç istefa'' pankartı açıq-aydın görünür. İkardi bu paylaşıma ''olurmu, sevgili ''Fənərbaxça''lılar, davam etsin bizə görə'' ifadəsini yazıb. Üstəlik gülüş işarəsi ilə sarı və qırmızı rəngli ürək emojisi də əlavə edib. Bu paylaşım ''Qalatasaray''lıların ürəyinə yağ kimi yayıldığı halda ''Fənər''lilərin təbii ki, etirazına səbəb olub. İkardi ilk dəfə deyil ki, Əli Koça ilişir. Onun əvvəllər də buna bənzər paylaşımları olub.
Bundan başqa argentinalı ötən yay ''Qalatasaray''ın çempionluq tədbirinə arxasında Əli Koç yazılmış ''Qalatasaray'' forması ilə qatılmışdı.
Qeyd edək ki, 32 yaşlı hücumçu bu mövsüm zədələnmədən öncə ''Qalatasaray''da 14 rəsmi oyuna çıxaraq 6 qol, 2 məhsuldar ötürməlik performans sərgiləmişdi.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта