
“PAŞA Sığorta” Şirkəti İdarə Heyəti sədrinin müavini Tural Əliyev “PAŞA Property Management” Şirkətinin baş direktoru təyin edilib.
Reyting.az şirkətə istinadla bildirir ki, Tural Əliyev “PAŞA Sığorta”-da 17 ildən artıq fəaliyyət göstərərək müxtəlif rəhbər vəzifələrdə çalışıb.
Tural Əliyev 1 May 2025-ci ildən etibarən yeni vəzifəsini icra edəcək.